AZ

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ənənəvi kitab sərgisi

Yazını böyüt
Yazını kiçilt

Milli Kitabxanada “31 mart - Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı virtual sərgi, “31 mart - Azərbaycanlıların Sоyqırımı Günü” adlı elektron məlumat bazası və eyniadlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Hafta.az xəbər verir ki, Kitabxananın məlumatına görə, virtual sərgidə Azərbaycanlılara qarşı törədilmiş qanlı faciə - 31 mart soyqırımı haqqında rəsmi sənədlər, erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirən fotoşəkillər, azğınlaşmış erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı şəhərləri və Şamaxı, Göyçay, Cavad qəzalarının kəndlərində on minlərlə dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi və s. dəhşətli faciədən bəhs edən dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Elektron məlumat bazasında sistemləşdirilmiş tammətnli resurslar “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Soyqırım haqqında fikirlər”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya” və “Soyqırım yaddaşlarda” bölmələrində onlayn istifadəçilərə təqdim edilir.

Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

Seçilən
13
2
hafta.az

3Mənbələr