AZ

Əbülfət Mədətoğlu: Bu  talehlə oynamağa dəyməz heç...

Gecəsi də, gündüzü də əzabdı
Yaşatdığı  baş  ağrısı, əsəbdi...
İçindəki  kükrəməyən  qəzəbdi -
Bu  talehlə  oynamağa  dəyməz  heç!...

Əl ürəyi  sıxıb  tutan  bir  maşa 
Həmlələri  hiss edirsən  birbaşa!
Yük  olanda  bir  ürəyə, bir  başa-
Bu  talehlə  oynamağa  dəyməz  heç!...

Ləpələrin  qırışını  saymıram,
Çəkdiyimin  tüstüsün də  yaymıram...
Bilirəm ki, mən  nə qədər   hay  vuram-
Bu  talehlə  oynamağa ,  dəyməz  heç!...

Uzaqlara  göz  zilləyib  ha  baxım 
Gülümsəmir  əvvəlki  tək  sabahım...
Razılaşar , mənimlə ta  Allahım -
Bu  talehlə  oynamağa  dəyməz  heç!...

Seçilən
6
1
adalet.az

2Mənbələr