AZ

Şəhər meri, həyata yoldaşı, qızı, qardaşı və bacısı saxlanıldı

Bursa şəhər Mustafa Bozbey, həyat yoldaşı,  qızı, bacısı  və  qardaşı  prokurorluq tərəfindən salanılıb.

Ölkə.az xəbər verir ki,  bu barədə Türkiyə Baş Prokurorluğu məlumat yayıb.
 Məlumatda qeyd olunub ki, Bursa Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Bozbey və digər 58 şübhəlinin saxlanılması barədə qərar qəbul edilib  və onlardan 55-i artıq saxlanılıb. Saxlanılanlar arasında Bozbeyin həyat yoldaşı, qızı və qardaşları ilə yanaşı, bir neçə iş adamı var. Bozbeyin evində və bələdiyyə binasında axtarışlar aparılır.

Əməliyyatlar Burs ilə yanaşı,  İstanbul, Balıkesir və Diyarbəkirdə aparılıb.

Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey də daxil olmaqla 55 nəfər "cinayətkar təşkilat yaratmaq və idarə etmək, cinayətkar təşkilata üzv olmaq, rüşvətxorluq, çirkli pulların yuyulması və qanunsuz tikinti yolu ilə ətraf mühitin çirklənməsinə səbəb olmaq" iddiaları ilə bağlı istintaq çərçivəsində saxlanılıb .

Bursa, İstanbul, Balıkesir və Diyarbəkir də daxil olmaqla beş vilayətdə eyni vaxtda keçirilən əməliyyatlarda ümumilikdə 59 nəfər saxlanılıb, daha dörd nəfər haqqında isə axtarış qərarı verilib. 

Bursa Baş Prokurorluğunun verdiyi  açıqlamada  qeyd olunub ki, təşkilatın lideri hesab edilən Bursa Böyükşəhər Bələdiyyəsinin meri Mustafa Bozbey və hazırda həbsdə olan Nilüfer Bələdiyyəsinin keçmiş meri Turgay Erdem də daxil olmaqla, ümumilikdə 59 şübhəli haqqında cinayət törətmək məqsədilə təşkilat yaratmaq, cinayət törətmək məqsədilə yaradılmış təşkilatın üzvü olmaq və çirkli pulların yuyulması cinayətlərində iştirak etdiklərinə görə həbs qərarı verilib.

Mürtəza

Seçilən
34
1
olke.az

2Mənbələr