AZ

“Doktor Davud” qastroenteroloq deyilmiş...

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yasamal rayonu ərazisində yerləşən “Doktor Davud” klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, klinikanın direktoru, tanınmış həkim Davud Qüdrətovun ixstisasına uyğun fəaliyyət göstərmədiyi məlum olub.

Belə ki, Davud Qüdrətov ixtisasca pediatr olsa da, bu sahə üzrə sertifikasiyasından keçsə də, klinikaya müraciət edən xəstələrə qastroenteroloji tibbi xidmət göstərib.

Bundan başqa, yoxlama aparılarkən həkim-dermatoloqun fəaliyyətini qiymətləndirmək mümkün olmayıb. Eyni zamanda lisenziyada ixtisas növləri verilən terapevtik, qastroenteroloji, nevropatoloji, ginekoloji işlər üzrə təqdim edilən davamiyyət sənədlərinə əsasən ixtisaslı mütəxəssisin olmadığı müəyyən edilib.

Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı klinikada klinki-biokimyəvi laboratoriyanın sahələri sanitar-epidemioloji qaydaların tələblərinə uyğunlaşdırılmadığı üzə çıxıb.

Qeyd edək ki, nazirlik tərəfindən “Doktor Davud” klinikası ilə bağlı protokol tərtib edilərək baxılıması üçün məhkəməyə göndərilib. Klinika məhkəmə qərarı ilə 6000 manat cərimələnib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
11
globalinfo.az

10Mənbələr