AZ

12 günlük müharibə haqda inanılmaz iddia: İran hücumdan öncə bunu edibmiş

"İran 2025-ci ilin iyununda İsrail və ABŞ-ın hava zərbələrindən cəmi bir neçə gün əvvəl İsfahandakı yeraltı tunel kompleksinə 540 kiloqrama qədər yüksək zənginləşdirilmiş uranı köçürmüş ola bilər".

Globalinfo.az xəbər verir ki, bu barədə "Bulletin of the Atomic Scientists" peyk görüntülərinə istinadən məlumat yayıb.

"9 iyuna aid yüksək dəqiqlikli görüntüdə tunel girişində 18 qorunan konteyner daşıyan ağır yük maşını görünür.

Ekspertlərin fikrincə, bu konteynerlər nüvə materialları üçün nəzərdə tutulan B tipli nəqliyyat konteynerlərini xatırladır və potensial olaraq 60 faizə qədər zənginləşdirilmiş bütün uran ehtiyatını yerləşdirə bilər.

Qeyd edilən məlumat doğru olarsa, bu o deməkdir ki:

- İran zərbələrdən əvvəl ehtimal ki, uranı Natanz və Fordo obyektlərindən çıxarıb;
- Zənginləşdirilmiş uran hazırda zədələnməmiş yeraltı anbarlarda ola bilər;
- Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hələ də bu materialın dəqiq yerini bilmir;
- Nəzəri olaraq, İran müasir sentrifuqalardan istifadə edərək 60 faizlik uranı təxminən 10 günə silah səviyyəsinə (90%) çatdıra bilər.

Alternativ versiyalar (yayındırıcı manevr, tibbi izotoplar, kimyəvi maddələr və ya tikinti materialları) da nəzərdən keçirilir, lakin daha az ehtimal olunur", - deyə qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
1
olaylar.az

2Mənbələr