AZ

AB yanacağa qənaət etmək üçün vətəndaşlara çağırış etdi



Avropa Birliyi (AB) Komissiyası üzv dövlətlərdən Yaxın Şərqdəki hadisələrin enerji təchizatına təsiri səbəbindən vətəndaşlarını daha az maşın sürməyə və hava nəqliyyatından daha az istifadə etməyə çağırıb.

Newscenter.az bildirir ki, Politico veb saytında yer alan xəbərə görə, AB-nin Enerji üzrə Komissarı Dan Yorgensen üzv dövlətlərin enerji nazirlərinə Yaxın Şərqdəki hadisələrin təsiri ilə bağlı məktub göndərib.

Məktubda, xüsusən də nəqliyyat sektorunda enerji tələbatını azaltmaq üçün könüllü tədbirlərin nəzərdən keçirilməsi xahiş olunur.

Hökumətlərdən vətəndaşları daha az maşın sürməyə və hava nəqliyyatından daha az istifadəyə təşviq etmələri xahiş edilən məktubda, daha vacib sahələrdə yanacaqdan istifadənin vacibliyi vurğulanıb.

Məktubda Yaxın Şərqdəki hadisələrin qlobal enerji təchizatı böhranına çevrilə biləcəyi ilə bağlı narahatlıq ifadə edilib və hökumətlərin vaxtında hazırlıq görməsinin vacibliyi qeyd edilib.

Məktubda vurğulanıb ki, üzv dövlətlər yanacaq istehlakını artıracaq, neft məhsullarının sərbəst hərəkətini məhdudlaşdıracaq və ya AB neft emalı zavodlarında istehsalın qarşısını alacaq addımlar atmaqdan çəkinməlidirlər.

Anar
Seçilən
7
1
newscenter.az

2Mənbələr