AZ

Paşinyan Rusiyaya gedir - Putinlə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiyaya işgüzar səfər edəcək.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Səfər çərçivəsində Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. 

“Görüş çərçivəsində Rusiya və Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətinin və perspektivlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının, eləcə də regional gündəliyin aktual məsələlərinin, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə edilməsi planlaşdırılır”, - məlumatda deyilir. 

Seçilən
31
9
herbiand.az

10Mənbələr