AZ

AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı

style='margin-bottom:10px;'>

Azərbaycanın minifutbol millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının vaxtı açıqlanıb.

QOL.az xəbər verir ki, bu haqda Avropa Minifutbol Federasiyası məlumat yayıb.

Slovakiyada təşkil olunacaq yarışda Azərbaycan millisi F qrupunda mübarizə aparacaq. Yığmamız ilk matçını Avstriyaya qarşı keçirəcək. Görüş mayın 28-də, Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Azərbaycan millisinin İtaliya ilə oyunu 29 may, Bakı vaxtı ilə saat 18:45-də, Fransa ilə qarşılaşması isə 30 may, Bakı vaxtı ilə saat 16:15-də başlayacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək keçiriləcək.

Seçilən
34
7
teleqraf.com

7Mənbələr