AZ

Tomas Tuxel Bellingemlə bağlı qərarını verdi Yaponiya ilə matçda...

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem İngiltərə millisinin Yaponiya ilə yoldaşlıq oyununu buraxacaq. 

Fanat.Az xəbər verir ki, baş məşqçi Tomas Tuxel komandanın aparıcı oyunçularından birinin sağlamlığını riskə atmamaq qərarına gəlib.

22 yaşlı yarımmüdafiəçi fevral ayından əziyyət çəkdiyi əzələ zədəsindən bu yaxınlarda sağalıb. O, 23 martda "Atletiko Madrid"ə qarşı oyunda 17 dəqiqə oynayaraq meydana qayıdıb.

Milli komandaya çağırılmasına baxmayaraq, Bellingem Uruqvayla matçda (1:1) oynamayıb. O, Yaponiya ilə oyunda da meydana çıxmayacaq.

Tomas Tuçel oyunöncəsi mətbuat konfransında bu barədə belə deyib: "Risk çox böyükdür, ona görə də onu geri qaytarmağa məcbur etməyəcəyik. Cud məşqlərdə yaxşı işləyir, amma mövsümün belə vacib bir vaxtında zədənin təkrarlanmasına imkan vermək istəmirik".

Bellingem bu mövsüm "Real Madrid"də 29 oyun keçirib, altı qol vurub və dörd məhsuldar ötürmə edib. İngiltərə ilə Yaponiya arasında yoxlama oyunu bu gün - 31 martda keçiriləcək.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
fanat.az

2Mənbələr