AZ

Belçikadan şokolad idxalı 28 dəfəyə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycana 28 ölkədən toplam 5 milyon 808 min ABŞ dolları dəyərində 1 437 ton şokolad və ondan hazırlanan məmulatlar idxal edilib.

APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövr ərzində ən çox şokolad məmulatları Rusiya və Türkiyədən idxal edilib. Belə ki, cari ilin yanvar ayında Rusiyadan Azərbaycana 2 milyon 274,03 min ABŞ dolları dəyərində 676,67 ton şokolad məmulatları idxal edilib. Bu isə illik müqayisədə dəyər baxımından 20,6%, həcm baxımından 38,6% azalma deməkdir. Türkiyədən idxal isə 2025-ci ilin yanvar ayı ilə nisbətdə dəyər baxımından 40,1%, həcm baxımından isə 47% azalıb.

Hesabat ayında Belçikadan Azərbaycana 121,47 min ABŞ dolları dəyərində 6,36 ton şokolad və ondan hazırlanan məmulatlar idxal olunub ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə dəyər baxımından 27,5 dəfə, həcm baxımından isə 13,5 dəfə çoxdur.

Ölkələr Şokolad və ondan hazırlanan digər məmulatların idxalı, ton Həcm (min ABŞ dolları)
Rusiya 676,67 2274,03
Türkiyə 141,68 969,26
Ukrayna 229,01 712,81
İran İslam Respublikası 155,14 346,24
İtaliya 12,13 251,77
Polşa 13,81 198,27
Almaniya 19,16 169,49
Özbəkistan 49,95 139,7
Belçika 6,36 121,47
Qazaxıstan 43,12 116,66
Türkmənistan 46,3 103,07
Livan 2,09 79,89
İsveçrə 2,37 53,79
Belarus 4,26 40,65
Tacikistan 15,56 39,17
Avstriya 2,79 37,64
İspaniya 3,01 28,3
Fransa 3,59 27,41
Birləşmiş Ərəb Əmirlikləri 3,35 26,38
Çin 1,48 23,97
Yunanıstan 2,05 17,17
Finlandiya 1,22 13,96
Çexiya 0,78 10,83
Niderland 0,31 2,72
İrlandiya 0,35 2,13
Slovakiya 0,02 0,43
Amerika Birləşmiş Ştatları 0,01 0,28
Vyetnam - 0,16
CƏMİ 1436,59 5807,67
Seçilən
6
1
apa.az

4Mənbələr