AZ

Paşinyan Kremlə niyə tələsir? – Seçki öncəsi şok planlar…

“Ermənistanın Baş naziri Nikol Paşinyanın tez-tez Moskvaya səfərləri və Rusiya Prezidenti Vladimir Putin ilə görüşləri parlament seçkiləri ərəfəsində Kremlin mümkün təsirlərini neytrallaşdırmaq məqsədi daşıyır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Paşinyanın Rusiyaya səfərinin şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Kreml Paşinyanın seçkidə qələbəsinə mane olmaq üçün radikal müxalifətə maliyyə dəstəyi verə bilər. Bundan əlavə, Paşinyan hesab edir ki, seçki öncəsi Ermənistan hökumətinə qarşı kiberhücumların təşkili ehtimalı var.

Məlumata görə, Paşinyan bu riskləri azaltmaq üçün yaxın zamanda Putinlə növbəti görüş keçirməyi planlaşdırır. Görüş zamanı Kremlin Ermənistanla bağlı planlarını reallaşdırmamaq üçün Rusiyanın regional maraqlarının nəzərə alınmasını tələb edəcəyi gözlənilir”.

Şahinoğlu qeyd edir ki, Paşinyanın Putinin əsas tələblərini qəbul etməyəcəyi ehtimalı yüksəkdir:
“Bu səbəbdən Kremlin seçkiqabağı planlarından geri çəkilməyəcəyi istisna edilmir. Bununla belə, Paşinyan Putini inandırmağa çalışacaq ki, məğlubiyyətlə üzləşə biləcək erməni müxalifətinə dəstək verməkdənsə, mövcud hakimiyyətlə əməkdaşlığı davam etdirmək Moskva üçün daha məqsədəuyğundur”.

Seçilən
38
50
nocomment.az

10Mənbələr