AZ

Yağışlar zamanı vətəndaşa dəyən ziyanın aqibəti necə olacaq?

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bir neçə gündür ki, Bakıya yağan güclü yağışlar sel ilə bərabər problemlər də gətirib.

Belə ki, xeyli sayda evlərə, maşınlara su dolub və nəticədə vətəndaşlar ciddi maddi ziyanla üzbəüz qalıblar.

Bu məqamda isə ortaya suallar çıxır.

Dəymiş ziyan necə, nə cür, kim tərəfindən qarşılanmalıdır?

Gununsesi.info-nun məsələ ilə bağlı araşdırmasında məlum olub ki, bu, avtomatik olaraq dövlətin üzərinə düşən məsuliyyət deyil, hüquqi baxımdan səbəb və məsul tərəf araşdırılır.

Belə ki, Bakıda güclü yağış nəticəsində evlərə ziyan dəydikdə “kim ödəməlidir?” sualının cavabı vəziyyətə görə dəyişir. Bu, avtomatik olaraq dövlətin üzərinə düşən məsuliyyət deyil, hüquqi baxımdan səbəb və məsul tərəf araşdırılır. Dövlət qurumlarının məsuliyyəti məsələsi belə nizamlanır ki, əgər zərər kanalizasiya və drenaj sistemlərinin işləməməsi, yağış sularının düzgün idarə olunmaması, yolların və infrastrukturun nasazlığı nəticəsində baş veribsə, bu halda məsuliyyət aidiyyəti qurumların üzərinə düşə bilər. Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərsu ASC, yerli icra hakimiyyəti. Bu halda vətəndaş məhkəməyə müraciət edib ziyanın ödənilməsini tələb edə bilər. Amma bunu sübut etmək lazımdır (ekspertiza, foto/video, akt və s.).

Digər tərəfdən, bu, təbii fəlakət kimi qiymətləndirilərsə, əgər yağış “fors-major” (qarşısı alınmaz təbii hadisə) sayılarsa, ümumiyyətlə heç bir qurum birbaşa məsul tutulmur. Bu halda dövlət yalnız sosial dəstək və ya kompensasiya verə bilər (məcburi deyil, qərardan asılıdır).

Əgər məsələn, ev sığortalıdırsa, ziyanı sığorta şirkəti qarşılayır (müqavilə şərtlərinə uyğun olaraq).

Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası mövcuddur və bunu İcbari Sığorta Bürosu tənzimləyir.

Tikinti və ya layihə qüsuru da vacib amillərdəndir.

Əgər zərər görmüş bir bina keyfiyyətsiz tikilibsə, zirzəmi və ya dam izolyasiyası düzgün deyilsə,ş onda məsuliyyət tikinti şirkətinin və ya podratçının üzərinə düşə bilər.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
icma.az

1Mənbələr