Abşeron Gənclər Şəhərciyinin ərazisi yağan güclü yağışlar nəticəsində su altında qalıb.
Bu barədə Publika.az-a sakinlər məlumat verib.
Sakinlərin sözlərinə görə, həyətlər və yollar keçilməz vəziyyətə düşüb.
Dəfələrlə şikayət olunmasına baxmayaraq, problem hələ də həllini tapmayıb və ərazidə heç bir tədbir görülməyib.