Aprelin 1-də Moskvada Putin və Paşinyan arasında danışıqlar keçiriləcək.
Ölkə.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“1 aprel 2026-cı ildə Rusiya Prezidenti Vladimir Putin və Moskvada işgüzar səfərdə olacaq Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək", - məlumatda deyilir.
Tərəflər ikitərəfli münasibətləri, o cümlədən mövcud vəziyyəti, perspektivləri, tərəfdaşlıq və müttəfiqlik, eləcə də Avrasiya məkanında qarşılıqlı əlaqələri müzakirə edəcəklər. Putin və Paşinyan həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafını da müzakirə edəcəklər.
Ermənistan hökumətinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiya Federasiyasına işgüzar səfərə gedəcək və səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Mürtəza