AZ

"ABŞ doğrudan da geri çəkilmək niyyətindədirsə, o halda İranı niyə bombalamağa davam edir?"

Ağ Evin mətbuat katibi Karolin Levit bildirib ki, ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İranla razılığa gəlmək istəyir.

Redaktor.az-a danışan siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, ABŞ-nin belə tərzdə olan açıqlamaları geri çəkilmək niyyətindən çox, neft bazarlarını sabitləşdirməyə və beynəlxalq ictimaiyyəti sakitləşdirməyə hesablanmış strateji gedişlərdir:

"ABŞ Prezidenti bu yolla İranla danışıqlara hazır olduğunu, hətta müəyyən səviyyədə təmasların getdiyini nümayiş etdirərək, Vaşinqtonun bu qarşıdurmada sülhməramlı tərəf kimi görunməsinə çalışır. Lakin real mənzərə diplomatik bəyanatlarla ziddiyyət təşkil edir. Əgər ABŞ doğrudan da geri çəkilmək niyyətindədirsə, o halda İrandakı müxtəlif hərbi obyektlərin və SEPAH-a məxsus infrastrukturun hədəf alınması niyə davam edir? Məntiq diktə edir ki, geri çəkilmə prosesi hərbi əməliyyatlarda səngimə ilə müşayiət olunmalıdır. Halbuki biz əksini görürük, Birləşmiş Ştatların bölgəyə əlavə qoşun yerləşdirdiyini, İranın hərbi və nüvə obyektlərini bombaladığını müşahidə edirik. Bu isə o deməkdir ki, "geri çəkilmə" tezisi real hərbi strategiyadan daha çox, ABŞ-yə qarşı yönəlmiş mənfi təbliğatı neytrallaşdırmaq məqsədi daşıyır".

Xədicə BAXIŞLI

Seçilən
32
1
redaktor.az

2Mənbələr