AZ

Ağdamda mağazada satıcı bıçaqlanıb

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə ərazisində yerləşən ətriyyat mağazasında satıcı işləyən qadın bıçaq xəsarəti alıb.

O, Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
1
apa.az

5Mənbələr