AZ

Tarixin ən bahalı şərab şüşəsi 812 min dollara satıldı

1945-ci ilə aid əfsanəvi "Domaine de la Romanée-Conti 1945" şərabının bir şüşəsi hərracda rekord qiymətə - 812 500 dollara satılıb.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu rekord satış dünyanın ən böyük şərab hərrac evi sayılan "Acker" tərəfindən təşkil olunan illik "La Paulée" hərracında baş tutub.

“Forbes”un məlumatına görə, bu satış 2018-ci ildə qeydə alınmış əvvəlki dünya rekordunu geridə qoyub. Həmin vaxt oxşar bir şüşə 558 min dollara satılmışdı. 

"Acker" nümayəndələri bildiriblər ki, bu satış 1945-ci il vintajını “kolleksiyaçılıq tarixinin ən arzuolunan şərabı” statusunda möhkəmləndirib.

Alıcının kimliyi açıqlanmasa da, məlum olub ki, şüşə Burgundiyanın ən nüfuzlu şərab istehsalçılarından biri olan Robert Drouhinin şəxsi zirzəmisindən çıxarılıb. O, təxminən 50 il "Maison Joseph Drouhin" şirkətinə rəhbərlik edib.

Həmidə İbrahimova

Seçilən
47
4
olke.az

10Mənbələr