AZ

Zelenski onlarla danışıqlar aparacaq

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 1-də ABŞ Prezidentinin nümayəndələri və NATO-nun baş katibi Mark Rütte ilə danışıqlar aparacağını bildirib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı UNİAN agentliyi yayıb.

ABŞ tərəfindən danışıqlarda prezidentin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner, həmçinin respublikaçı senator Lindsi Qrem iştirak edəcəklər. Görüş videobağlantı formatında baş tutacaq.

Ukrayna Prezidenti jurnalistlərə açıqlamasında deyib: "Harada olduğumuzu və üçtərəfli razılaşmaya, yaxud ən azı üçtərəfli görüşə nə dərəcədə yaxın olduğumuzu müzakirə edəcəyik".

O əlavə edib ki, Rusiya tərəfindən "enerji atəşkəsi" ilə bağlı heç bir siqnal yoxdur, lakin sabah bu təklif Amerika tərəfinə çatdırılacaq.

Seçilən
20
publika.az

1Mənbələr