AZ

İran ABŞ pilotlarının yerləşdiyi məntəqəyə zərbə endirdiyini və 200 nəfərin hədəf olduğunu açıqlayıb

SEPAH rəhbərinin iddiasına görə, Səudiyyə Ərəbistanında yeləşən hərbi bazada təxminən 200 nəfərlik canlı qüvvə hədəfə alınıb...

Poliqon xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə Musavi bəyan edib. Musəvi bildirib ki, İran qüvvələri Səudiyyə Ərəbistanının Əl-Xarc şəhərində ABŞ-yə məxsus pilotların yaşadığı əraziyə pilotsuz uçuş aparatları və raketlərlə zərbə endirib. SEPAH rəhbərinin sözlərinə görə, hücum nəticəsində həmin ərazidə toplaşmış təxminən 200 nəfərlik canlı qüvvə hədəfə alınıb.

SEPAH komandanı bildirib ki, zərbə yüksək dəqiqliklə planlaşdırılıb və konkret olaraq hərbi personalın yerləşdiyi obyektləri hədəf götürülüb. O, həmçinin qeyd edib ki, bu əməliyyat regionda davam edən gərginlik fonunda həyata keçirilib və İranın cavab tədbirlərinin bir hissəsidir.

Hazırda hücumun nəticələri, dağıntıların miqyası və mümkün itkilərlə bağlı müstəqil mənbələr tərəfindən təsdiqlənmiş rəsmi məlumatlar açıqlanmayıb. Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən hadisə ilə bağlı hələlik geniş şərh verilməyib.

Poliqon.info

Seçilən
51
50
poliqon.info

10Mənbələr