AZ

Avropa Mərkəzi Bankının rəhbəri ABŞ-nin mövqeyini tənqid edib

Kristin Laqard enerji böhranının təsirlərinin uzunmüddətli ola biləcəyini mümkün sayıb...

Poliqon xəbər verir ki, Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard G7 ölkələrinin liderləri arasında keçirilən qapalı videokonfrans zamanı ABŞ-nin maliyyə naziri Skott Bessentin müharibənin qısamüddətli iqtisadi təsirləri ilə bağlı qiymətləndirməsini tənqid edib.

“Bloomberg” Agentliyinin məlumatına görə, ABŞ rəsmisi neft bazarındakı böhranın təsirlərinin müvəqqəti xarakter daşıyacağını iddia etsə də, Laqard bu yanaşma ilə razılaşmayıb. O bildirib ki, artıq infrastrukturda yaranmış ziyan və logistika problemləri səbəbindən təsirlərin daha uzunmüddətli olması ehtimalı yüksəkdir.

Laqardın fikrincə, enerji təchizat zəncirindəki pozuntular və daşınma marşrutlarında yaranan çətinliklər qlobal bazarlarda qeyri-sabitliyi artırır, bu isə inflyasiyanın daha uzun müddət yüksək səviyyədə qalmasına səbəb ola bilər. O, həmçinin vurğulayıb ki, Avrozonada qiymət artımlarının sürətlənməsi iqtisadi siyasətdə əlavə tədbirlərin görülməsini zəruri edir.

Agentlik qeyd edir ki, ABŞ ilə Avropa arasında bu cür fikir ayrılıqları enerji daşıyıcılarının qiymətlərində kəskin artım və inflyasiyanın yüksəlməsi fonunda transatlantik münasibətlərdə gərginliyin artdığını göstərir. Mütəxəssislər hesab edir ki, bu ziddiyyətlər yaxın dövrdə iqtisadi koordinasiyanın zəifləməsinə və fərqli siyasət yanaşmalarının formalaşmasına gətirib çıxara bilər.

Poliqon.info

Seçilən
46
25
poliqon.info

10Mənbələr