AZ

SEPAH dan sərt xəbərdarlıq: ABŞ ın bu şirkətləri vurulacaq

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-la bağlı sərt bəyanatla çıxış edib.

Globalinfo.az xəbər verir ki, qurum iranlı vətəndaşların hücumlar nəticəsində həlak olmasına cavab kimi ABŞ şirkətlərinə qarşı zərbələr endiriləcəyini bildirib.

SEPAH-ın yaydığı açıqlamada qeyd olunur ki, ABŞ və onun müttəfiqləri Tehran tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayıb və bu kimi addımların qarşısını almayıb. Bildirilir ki, hədəflərin planlaşdırılması və izlənməsində informasiya-kommunikasiya texnologiyaları və süni intellekt sahəsində fəaliyyət göstərən Amerika şirkətləri mühüm rol oynayır. Bu səbəbdən həmin qurumlar qanuni hədəf kimi qiymətləndirilə bilər.

Bəyanatda adı çəkilən şirkətlər arasında “Cisco”, “HP”, “Intel”, “Oracle”, “Microsoft”, “Apple”, “Google”, “Meta”, “IBM”, “Dell”, “Palantir”, “Nvidia”, J”PMorgan” “Chase”, “Tesla”, “General Electric”, “Spire Solutions”, “G42” və “Boeing” yer alır.

SEPAH vurğulayıb ki, aprelin 1-dən etibarən İran ərazisində yeni insidentlər baş verəcəyi təqdirdə, adıçəkilən strukturlara qarşı cavab tədbirləri görülə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
16
globalinfo.az

10Mənbələr