AZ

Vəzifəli şəxslərin nəzərinə: 2200 manat...

Azərbaycanda bu gündən qanunvericiliyə edilmiş bir sıra dəyişikliklər qüvvəyə minir.

Musavat.com-un məlumatına görə, yeni qaydalar əsasən inzibati məsuliyyət və tənzimləmə sahələrini əhatə edir.

Belə ki, dövlət başçısının təsdiqlədiyi dəyişikliklərə əsasən, elektron siqaretlərlə bağlı fəaliyyətlərə görə məsuliyyət sərtləşdirilir. Qanuna görə, elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, satışı və satış məqsədilə saxlanmasına görə cərimələr tətbiq olunacaq.

Dəyişikliyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək məbləğdə cərimə ediləcəklər.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
48
11
musavat.com

10Mənbələr