Bakı. Trend:
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-offmərhələsində final oyunları keçirilib.
Trend xəbər verirki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub.
Matç Türkiyə millisinin minimal hesablı qələbəsi ilə başa çatıb– 1:0. Yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub. Bu nəticəilə Türkiyə yığması DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb vəD qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.
Digər qarşılaşmada isə İsveç yığması Polşanı 3:2 hesabı iləməğlub edərək final mərhələsinə vəsiqə əldə edib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyiedəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dəkkeçiriləcək.