AZ

İsveç və Türkiyə Dünya Kubokuna vəsiqə qazanıblar

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsveç və Türkiyə milli komandaları 2026-cı il FIFA Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanıblar.Newscenter.az xəbər verir ki, Türkiyə Dünya Kuboku pley-off mərhələsinin son matçında Kosovonu 1-0 hesabı ilə məğlub edib və yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub. Bu, Türkiyə komandasının 2002-ci ildə bürünc medal matçında Qus Hiddinkin rəhbərlik etdiyi Cənubi Koreyanı 3-2 hesabı ilə məğlub edərək üçüncü yeri tutduqdan sonra Dünya Kubokunda ilk çıxışıdır.İsveçli futbolçular isə doğma meydanda Polşanı məğlub ediblər (3-2). Qələbə qollarını Anthony Elanga (19-cu dəqiqə), Gustav Lagerbilke (44) və Viktor Győkeres (88) vurublar. Məğlublardan isə Nikola Zalewski (33) və Karol Świderski (55) qol vurublar.Beləliklə, İsveç tarixdə seçmə qrupunun sonunda Dünya Kubokuna vəsiqə qazanan ilk milli komanda olub. Qeyd edək ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Final turnirində ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq. Finalda iki komanda iki qitələrarası pley-offun nəticələrinə əsasən müəyyənləşəcək. Yamayka Konqo Demokratik Respublikası ilə, İraq isə Boliviya ilə qarşılaşacaq.Anar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
newscenter.az

1Mənbələr