AZ

İtaliya milli komandası üçüncü dəfə mundialdan kənarda qaldı

İtaliya futbol millisi üçüncü dəfə ardıcıl olaraq dünya çempionatının final mərhələsində iştirak etməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, 2026-cı il dünya çempionatına ABŞ, Kanada və Meksikada vəsiqə uğrunda keçirilən play-off finalında Cennaro Qattuzo rəhbərlik etdiyi komanda Bosniya və Herseqovina millisinə 1:1, penaltilərdə isə 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, İtaliya əvvəllər 2018 və 2022-ci il dünya çempionatlarına da vəsiqə qazana bilməmişdi. Millinin son mundial çıxışı 2014-cü ildə Braziliyada baş tutub. Həmin turnirdə D qrupunda Kosta-Rika, Uruqvay və İngiltərə ilə mübarizə aparan İtaliya komandası 1/8 finala yüksələ bilməmişdi.

Bosniya və Herseqovina isə tarixində ikinci dəfə dünya çempionatında iştirak edəcək. İlk dəfə bu, 2014-cü ildə Braziliyada baş vermişdi.

Seçilən
38
90deqiqe.az

1Mənbələr