AZ

İran Fars körfəzi ölkələrindəki "Starlink" stansiyalarına hücum etməyə hazırdır

İran Fars körfəzi ölkələrindəki "Starlink" peyk internet rabitəsi stansiyalarını özünün "qanuni hədəfləri" hesab edir.

"Report" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, İslam Respublikası Bəhreyn, Küveyt və BƏƏ-də yerləşən stansiyalara hücum etməyi planlaşdırdığını açıqlayıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Seçilən
48
far.az

1Mənbələr