AZ

İşçilərə həddindən artıq nəzarət məhsuldarlığı niyə azaldır? Psixoloqdan açıqlama

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İş prosesində əməkdaşlara həddindən artıq nəzarət edilməsi onların məhsuldarlığına ciddi mənfi təsir göstərə bilər".

Oxu.Az xəbər verir ki, bunu rusiyalı psixoloq Milana Orexova "News.ru" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, daimi təzyiq altında işləyən şəxslər xroniki stres yaşayırlar.

Psixoloqun sözlərinə görə, son illərdə işəgötürənlər müxtəlif nəzarət vasitələrindən (vaxt izləyiciləri, ekran görüntülərinin çəkilməsi, daimi videokonfranslar) daha çox istifadə etməyə başlayıblar. Bu üsullar formal olaraq səmərəliliyi artırmaq üçün tətbiq edilsə də, nəticə tam əksinə olur:

"İnsan psixikası elə qurulub ki, xarici təzyiq hissi daxili motivasiyanı məhv edir. Müstəqillik itirildiyi zaman işə maraq azalır və tapşırıqlar sadəcə formal olaraq yerinə yetirilir".

Mütəxəssis vurğulayıb ki, rəhbərlik tərəfindən tətbiq olunan güclü təzyiq şəraitində işçilər "gizli sabotaj"a əl atırlar. Onlar öz vəzifələrini icra etsələr də, artıq işə "ürəkdən can yandırmırlar". Bu, tənbəllik deyil, psixikanın həddindən artıq nəzarətə qarşı verdiyi təbii reaksiyadır.

Təşkilat psixologiyası sahəsindəki araşdırmalar göstərir ki, daimi müşahidə narahatlığı artırır və koqnitiv çevikliyi (çevik düşünmə qabiliyyətini) azaldır. Nəticədə qərarların keyfiyyəti düşür, yeni ideyalar irəli sürmək həvəsi yox olur, işçilərdə "işin nəticəsinə təsir edə bilməmək" hissi yaranır.

Orexovanın fikrincə, müasir biznes üçün əsas hədəf nəzarəti gücləndirmək deyil, əməkdaşlar arasında etibar və məsuliyyət mühiti yaratmaq olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
oxu.az

1Mənbələr