Qətər sahilləri yaxınlığında, Fars körfəzi akvatoriyasında tanker naməlum mərmi ilə vurulub.
"Far.Az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) "X" sosial şəbəkəsində məlumat yayıb.
"UKMTO-ya Qətərin paytaxtı Dohadan 17 dəniz mili şimalda baş vermiş insident barədə məlumat daxil olub. Təhlükəsizlik zabitinin məlumatına görə, tanker sol bortundan naməlum mərmi ilə vurulub ki, bu da gəminin gövdəsinin zədələnməsinə səbəb olub", - paylaşımda qeyd olunub.
Vurğulanıb ki, gəminin heyət üzvləri xəsarət almayıblar və təhlükəsizlikdədirlər. Baş vermiş insident nəticəsində ekoloji zərər qeydə alınmayıb.