AZ

İtaliya ardıcıl 3-cü dəfə dünya çempionatından kənarda qaldı - VİDEO

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində daha iki final oyunu keçirilib.

"Unikal" xəbər verir ki, Çexiya Danimarkanı (2:2; p. 3:1), Bosniya və Herseqovina isə İtaliyanı (1:1; p. 4:1) penaltilər seriyasında məğlub edərək finala vəsiqə qazanıblar.

Digər matçlarda Türkiyə Kosovonu 1:0, İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə ediblər. Bununla da Avropa zonası üzrə pley-off mərhələsinə yekun vurulub.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Xatırladaq ki, İtaliya millisi 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarına da vəsiqə qazana bilməmişdi. Beləliklə, onlar ardıcıl üçüncü dəfə DÇ-dən kənarda qaldılar.

Seçilən
22
1
unikal.az

10Mənbələr