AZ

Azərbaycanda dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət gücləndirilir

Bakı. Trend:

Bu gündən dövlət maliyyəsinin səmərəli idarə edilməsinə yeninəzarət mexanizmi tətbiq ediləcək.

Trend-inməlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə fevralın 13-dəedilən dəyişikliklər aprelin 1-dən qüvvəyə minib.

Qanuna əsasən, dövlət orqanları (qurumları), dövlətmülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfidövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılanpublik hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidəntəşkil edildikdə və ya uçotdan çıxarıldıqda bu barədə məlumatlar(vergi ödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) hər aybitdikdən sonra növbəti ayın 15-dək həmin orqan tərəfindən elektronqaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana(quruma) təqdim olunacaq.

Qüvvədə olan qanunvericiliyə görə, açılmış hesab daxil olmuşməlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimindəavtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bankəməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir.Qeydiyyat bildirişi daxil olanadək bank əməliyyatı aparan şəxslərtərəfindən hesab üzrə məxaric əməliyyatlarının aparılmasıqadağandır.

Qanuna görə, yuxarıdakı abzasa uyğun olaraq qeydiyyata alınanhesab dövlət orqanlarına (qurumlarına), dövlət mülkiyyətində olanvə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olanhüquqi şəxslərə və dövlət adından yaradılan publik hüquqi şəxslərəməxsus olduqda həmin hesablar barədə məlumatlar vergi orqanıtərəfindən müvafiq məlumat bank əməliyyatları aparan şəxslərtərəfindən vergi orqanına daxil olduğu gündən sonrakı 1 iş günümüddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqana (quruma) göndəriləcək.

Seçilən
60
7
az.trend.az

8Mənbələr