AZ

Yuxu problemlərinin arxasında duran əsas SƏBƏB

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Professor Alfredo Rodrigez Munyos bildirib ki, müasir dünyada insanların gecə yuxusunun keyfiyyəti xeyli pisləşib.

Redaktor.az xəbər verir ki, o, “Hola” nəşrinə müsahibəsində sağlam yuxunun əsas düşmənini açıqlayıb.

“Stres, yəqin ki, müasir yuxunun ən böyük düşmənidir. O, orqanizmi daim gərgin vəziyyətdə saxlayır, kortizol səviyyəsini artırır, düşünmə prosesini sürətləndirir və rahatlamağı çətinləşdirir”, — deyə Munyos izah edib.

Onun sözlərinə görə, nəticədə insan “qapalı dairə”yə düşür: stress yuxunu pozur, pis yuxu isə orqanizmi stressə qarşı daha həssas edir.

Mütəxəssis əlavə edib ki, gecə istirahətinə gün ərzində hazırlaşmaq lazımdır. Halbuki bir çox insanlar sadəcə uzanıb dərhal yata biləcəklərini düşünür. “Orqanizm gün ərzində düzgün siqnallar almalıdır. Əgər biz yatağa həddindən artıq həyəcanlı və narahat düşüncələrlə gediriksə, yuxuya getmək çətin olacaq”, — deyə o, fikrini yekunlaşdırıb.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
redaktor.az

2Mənbələr