AZ

Pezeşkiandan atəşkəs mesajı: “Müharibəni bitirməyə hazırıq”

İran Prezidenti Məsud Pezeşkian rəsmi Tehranın müəyyən şərtlər daxilində müharibəni dayandırmağa hazır olduğunu bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta ilə telefon danışığı zamanı Pezeşkian bildirib ki, əgər hücumlar dayandırılarsa və təcavüzün təkrarlanmayacağına dair təhlükəsizlik zəmanətləri verilərsə, İran münaqişəni yekunlaşdırmaq iradəsinə sahibdir.

İran lideri Yaxın Şərqdəki mövcud gərginliyi ABŞ və İsrailin “düşmənçilik və təcavüzkar hərəkətlərinin” nəticəsi kimi qiymətləndirib. Avropa İttifaqını tərəfkeşlikdə ittiham edən prezident, Vaşinqton və Təl-Əvivin zərbələrinin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu vurğulayıb. Onun sözlərinə görə, İran ABŞ ilə danışıqlara “xoş niyyətlə” daxil olsa da, diplomatik proses zamanı növbəti hücuma məruz qalması Vaşinqtonun diplomatiyaya sadiq olmadığını göstərir.

Antoniu Koşta isə öz növbəsində Avropa ölkələrinin İrana qarşı hücumları dəstəkləmədiyini qeyd edərək tərəfləri təmkinli olmağa və deeskalasiyaya çağırıb. Koşta bildirib ki, regionda diplomatiyaya yer saxlanılmalı, eyni zamanda İranın yaratdığı daha geniş təhlükəsizlik narahatlıqları da nəzərə alınmalıdır. Pezeşkian isə istənilən xarici müdaxilənin təhlükəli nəticələr verəcəyi barədə xəbərdarlıq edərək Avropanı İrana qarşı siyasətinə düzəliş etməyə çağırıb.

Sara
NOCOMMENT.az

Seçilən
17
50
nocomment.az

10Mənbələr