AZ

Rusiya Ermənistana nə göndərir?

2025-ci ildə Rusiya Ermənistana 470 milyon dollardan çox kənd təsərrüfatı məhsulları ixrac edib ki, bu da 2024-cü illə müqayisədə 18% artım deməkdir.

"Yeni Sabah" xəbər verir ki, fiziki baxımdan daşımalar 11% artaraq təxminən 530.000 tona çatıb.

Əsas ixrac məhsulları buğda və şokolad qənnadı məmulatları olub ki, onların hər biri ixrac gəlirlərinin 10%-ini təşkil edib. Günəbaxan yağı da 7% payla ilk beşliyə daxil olub, un qənnadı məmulatları və marqarin isə hər biri 6% paya sahib olub.

Rusiya Ermənistana quş əti, donuz əti, souslar, şəkər tərkibli qənnadı məmulatları, makaron və digər kənd təsərrüfatı məhsulları ixrac edir.

Son altı ildə (2020-2025) ixrac gəlirləri təxminən 1,6 dəfə artıb.


Telegram kanalımız
Seçilən
17
1
yenisabah.az

2Mənbələr