Rusiyanın An-26 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qəza nəticəsində 29 nəfər həlak olub.
"Axtarış-xilasetmə qrupu tərəfindən An-26 təyyarəsinin qəzaya uğradığı yer aşkar edilib. Hadisə yerindən verilən məruzəyə əsasən, 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub", - məlumatda vurğulanıb.
Qeyd edək ki, təyyarənin qayaya çırpıldığı vurğulanır.
Qəzanın ilkin səbəbi kimi təyyarənin texniki nasazlığı nəzərdən keçirilir.
Fidan
Milli.Az