AZ

Qaluzin: Qərb Mərkəzi Asiya ölkələrinin suverenliyini tanımır

BAKI, 1 aprel. TELEQRAF

“Qərb faktiki olaraq Mərkəzi Asiya ölkələrinin suverenliyini tanımır və onlardan Rusiya haqqında məlumatlar əldə etməyə çalışır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun iddiasına görə, Qərbin bölgə dövlətlərinə sanksiyalar üzrə müxtəlif xüsusi nümayəndələr göndərməsi, Rusiyaya tərəfdaş ölkələrlə ticarət statistikası barədə məlumatları əldə etməyə çalışması və Mərkəzi Asiya ölkələrinə Moskvaya qarşı sanksiyalara qoşulmağı diktə etməsi onların suverenliyinə və müstəqilliyinə tam hörmətsizlikdir. Diplomat qeyd edib ki, bu, əslində Mərkəzi Asiya dövlətlərinin Qərb tərəfindən suveren və müstəqil dövlətlər kimi tanınmaması deməkdir.

Qaluzin bildirib ki, ABŞ və Avropa İttifaqı Moskvanın Mərkəzi Asiyadakı tərəfdaşlarını Moskvanın “qanunsuz” hesab etdiyi anti-Rusiya sanksiyalarına qoşulmağa məcbur edir. Onun fikrincə, avropalılar bu məsələdə amerikalılardan heç də geri qalmır, hətta bəzi hallarda daha fəaldırlar.

“Bu gün Qərbin Mərkəzi Asiya dövlətlərinə münasibətdə siyasəti məhz belə görünür. Mənim zənnimcə, bu, daxili işlərə açıq müdaxilədir və qəti şəkildə pislənməlidir”.

Seçilən
9
teleqraf.com

1Mənbələr