AZ

Dördqat dünya çempionu mundiallar tarixinə antirekordla düşdü

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya millisi DÇ-2026-da iştirak etməyəcək.

Futbolpress.az xəbər verir ki, “azzuri” pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub.

İtaliya dünya çempionu olmuş, lakin ardıcıl 3 mundialı buraxan ilk milli komanda olub.

Dördqat dünya çempionu sonuncu dəfə 2014-cü ildə qitənin ən nüfuzlu futbol turnirində iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
futbolpress.az

1Mənbələr