AZ

Nazir Əraqçi: Ağ Evlə mesaj mübadiləsi edilir, lakin…

ABŞ ilə ya birbaşa, ya da bölgədəki dostlar vasitəsilə mesaj mübadiləsi aparılır, lakin bu, Tehranın Vaşinqtonla danışıqlar aparıldığı anlamına gəlməməməlidir.

Ölkə.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə”yə müsahibəsində deyib.

 “Əvvəlki kimi, mesajları birbaşa ABŞ Prezidentinin xüsusi elçisi Uitkoffdan alıram və bu, danışıqlar apardığımız anlamına gəlmir.

İranda hər hansı bir tərəflə danışıqlar aparıldığı iddiaları yalandır. Bütün əlaqələr Xarici İşlər Nazirliyi vasitəsilə ötürülür və ya qəbul edilir və təhlükəsizlik orqanları arasında rabitə mövcuddur", - Əraqçi bildirib.

Mürtəza

Seçilən
20
olke.az

1Mənbələr