AZ

"Milli başqadır, heç bir əziyyət çəkmirəm" - Elvin Cəfərquliyev

"Qarabağ"ın oyunçuları Azərbaycan millisinin rəsmi oyunlarından öncə Premyer Liqada xoş olmayan durumla üzləşdi.

Ağdam klubu "Kəpəz"ə məğlub olmaqla çempionluq yolunda ciddi zərbə almış oldu.

Təbii ki, bu durum "Qarabağ"ın futbolçularına psixoloji baxımdan müsbət təsir edə bilməz.

Maraqlıdır, bəs belə məqamda millinin oyunlarına köklənmək çətin olmur?

Sportinfo.az-a açıqlama verən yığmanın əsas fiqurlarından biri Elvin Cəfərquliyev yaranmış situasiyada heç bir problem görmədiyini bildirib:

"Bəli, klubda işlərimiz yolunda deyil. Amma milli başqadır. Hamımız üçün xüsusi yerdir. Heç bir əziyyət çəkmirəm. Bütün fikrimi milli komandaya yönəltmişəm".

25 yaşlı müdafiəçi Azərbaycan millisinin Sent-Lüsiyaya qarşı son görüşündə 45 dəqiqə meydanda olub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN

Seçilən
16
sportinfo.az

1Mənbələr