AZ

Yeni klinikanın yaradılması ölkədə plastik cərrahiyyəyə artan tələbatdan irəli gəlir - Nazim Pənahov

Bakı.Trend:

Yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasınınyaradılması Azərbaycan tibb tarixində yeni mərhələdir. Yaxıngünlərdə klinika tam olaraq fəaliyyətə başlayacaq.

Trend xəbərverir ki, bu fikirləri Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutununrektoru Nazim Pənahov Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutununnəzdində fəaliyyətə başlayan Plastik və Rekonstruktiv CərrahiyyəKlinikasının rəsmi açılış mərasimində deyib.

O bildirib ki, klinika həm tibbi xidmətlərin keyfiyyətiniəhəmiyyətli dərəcədə artıracaq, həm də ixtisaslı kadrlarınhazırlanmasına güclü töhfə verəcək:

“Klinikanın yaradılması ölkədə plastik və rekonstruktivcərrahiyyəyə artan tələbatdan irəli gəlir. Travmalar, yanıqlar,onkoloji əməliyyatlardan sonra bərpa ehtiyacının çoxalması vəestetik cərrahiyyəyə marağın yüksəlməsi belə ixtisaslaşmış mərkəzinyaradılmasını zəruri edib. Yeni klinika vətəndaşların müalicə üçünxarici ölkələrə getməsinin qarşısını alacaq və beynəlxalqstandartlara uyğun tibbi xidməti ölkə daxilində təmin edəcək”.

Məqalədə:
Seçilən
14
az.trend.az

1Mənbələr