AZ

Medvedçuk Zelenskini ittiham etdi: “Qərbdən alınan silahlar Körfəz ölkələrinə satılır”- ÖZƏL

Ukraynada fəaliyyəti qadağan olunmuş "Müxalif Platforma- Həyat naminə" partiyasının keçmiş lideri, "Başqa Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı ciddi iddialar səsləndirib. Olaylar.az xəbər verir ki, Medvedçukun sözlərinə görə, Qərb ölkələrinin Ukraynaya təqdim etdiyi silahlar artıq Fars körfəzi regionuna ötürülüb və guya bu prosesdən maliyyə qazancı əldə olunur. O, bu fikirləri rəhbərlik etdiyi hərəkatın saytında dərc olunan məqaləsində bildirib.
Qeyd edək ki, mart ayının sonunda Zelenski Yaxın Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İordaniya kimi ölkələrə səfər edib. Səfər zamanı bir sıra dövlətlərlə müdafiə sahəsində əməkdaşlıq barədə razılaşmalar əldə olunduğu bildirilib.
Medvedçuk iddia edir ki, bu razılaşmaların arxasında gizli silah ticarəti dayanır. Onun fikrincə, bu məsələ artıq ABŞ-da da diqqət çəkib və bəzi siyasi dairələr Ukraynaya göstərilən yardımların araşdırılmasını tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr