AZ

Koxalski qərarını verdi – “Qarabağ”dan gedir

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski mövsümün sonunda komandanı tərk edəcək.

Msport.az xəbər verir ki, polyak qapıçı ona gələn təklifləri dəyərləndirməkdə qətidir.

Lakin məsələ “Qarabağ”ın istədiyi təzminatı ödəməkdir. Əgər Koxalskini transfer etmək istəyən klublar “Qarabağ”ın da tələb etdiyi pulu ödəyəcəksə, hazırkı komandası onun keçidinə mane olmayacaq.

Qış fasiləsində “Vidzev” polyak qapıçını transfer etmək istəsə də, son anda Mateuş ən azı mövsümün sonuna qədər Ağdam klubunda qalmağa üstünlük vermişdi.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü il avqust ayından “Qarabağ”ın qapısını qoruyur. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Sportal.az

Seçilən
6
2
msport.az

3Mənbələr