AZ

Zeliha Eliaçık: Ortaq tədbirlərimiz türk xalqları arasındakı yaxınlığı daha da gücləndirir

Türk dövlətlərinin Almaniyadakı səfirliklərinin birlikdə təşkil etdikləri Novruz tədbiri çox əhəmiyyətlidir. Burada, ilk növbədə, türk dili və ortaq mədəniyyətimiz bizi yaxından birləşdirir.

“İki sahil” xəbər verir ki, bu fikri Yunus Əmrə İnstitutunun Almaniya üzrə koordinatoru Zeliha Eliaçık Berlində Türk dövlətlərinin Almaniyadakı səfirliklərinin təşəbbüsü ilə keçirilən bayram tədbirində media nümayəndələrinə açıqlamasında deyib.

“Müxtəlif millətlərin nümayəndələrinin də iştirak etdiyi bu tədbirdə ortaq mədəniyyətimizin təbliğ olunması son dərəcə əhəmiyyətlidir. Belə tədbirlər və təşəbbüslər həm aramızdakı yaxınlığı daha da gücləndirir, həm də ortaq mədəni mirasımızı və dilimizi təqdim etmək imkanı verir. Bu cür tədbirlərin qarşıdakı illərdə də davam etdiriləcəyinə ümidvaram. Belə tədbirlər Baharın gəlişi, Novruzun qeyd olunması ilə yanaşı, həm də möhtəşəm mədəniyyət bayramıdır”, - deyə Z.Elıaçık bildirib.

Seçilən
15
2
ikisahil.az

3Mənbələr