AZ

Putin: Rusiya dünyaya təhlükəsiz logistika marşrutları təklif edir

BAKI, 1 aprel. TELEQRAF

“Rusiya dünyaya təhlükəsiz və etibarlı nəqliyyat və logistika marşrutları təklif edə bilər. Bu, Yaxın Şərqdəki faciəli hadisələr nəzərə alınmaqla xüsusilə vacibdir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri mövcud şəraitdə təhlükəsiz təchizat marşrutlarına ehtiyac barədə danışarkən qeyd edib: “Rusiya dünyaya bu cür həllər təklif edə və qlobal logistika və ümumilikdə beynəlxalq ticarət üçün yeni arxitekturanın formalaşmasında əsas rol oynaya bilər”.

Putinin sözlərinə görə, Moskvanın tərəfdaşları üçün Rusiya logistika marşrutları iqtisadi cəhətdən (tranzit müddətinin azaldılması səbəbindən) və qlobal nəqliyyat axınlarının şaxələndirilməsi baxımından faydalı ola bilər.

Seçilən
10
teleqraf.com

1Mənbələr