AZ

İran Qətər sahillərində neft tankerinə raket zərbəsiENDİRDİ

İran Qətərın ərazi sularında yerləşən və Qatar Energy şirkəti tərəfindən icarəyə götürülmüş neft tankerinə qanadlı raketlə zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi sosial şəbəkə X-də məlumat yayıb.

Məlumata görə, atılan üç raketdən ikisi Qətər silahlı qüvvələri tərəfindən havada zərərsizləşdirilib, üçüncü raket isə tankerə dəyib.

Nazirlikdən bildirilib ki, tanker bortunda olan 21 heyət üzvü dərhal təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Nuriyyə NATİQQIZI

Seçilən
31
50
redaktor.az

10Mənbələr