Bakı, 1 aprel , AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında plastik və rekonstruktiv əməliyyatlar icbari tibbi sığorta hesabına həyata keçiriləcək
Bunu AZƏRTAC-ın sualına cavab olaraq Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov deyib.
O qeyd edib ki, klinikada yanıqdan, qəzadan sonra bərpa əməliyyatları, dovşandodaq, qurdazğız əməliyyatları, əl cərrahiyyəsi, süd vəzinin rekonstruktiv əməliyyatları, mikro və super cərrahi əməliyyatlar icra olunacaq. Estetik əməliyyatlar isə pasiyentlərin öz hesabına həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda yaxın günlərdə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası fəaliyyətə başlayacaq