Baltikyanı və Cənubi Asiya arasındakı "Şimal-Cənub" marşrutu Süveyş kanalından keçən marşrutun demək olar ki, yarısı qədərdir: 35-45 gün əvəzinə 15-20 gün.
Herbiand.az xəbər verir ki, bu barədə Beynəlxalq Nəqliyyat və Logistika Forumu zamanı Rusiya Baş nazirinin müavini Vitali Savelyev bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə bu marşrutla 21,5 milyon ton yük daşınıb.
Savelyev vurğulayıb ki, 2022-ci ildən Azərbaycanla sərhəddəki məntəqələrin keçid qabiliyyəti 5 dəfə artıb. İrana konteyner daşımaları 60% artıb və orta çatdırılma müddətləri 33 gündən 16 günə enib.