AZ

İranın Livandakı səfiri öldürülüb

Bu gün İranın Livandakı səfiri Məhəmməd Rza Rauf Şeybani Beyrutda avtomobil karvanına edilən hücumda öldürülüb.

Missiya.Az xəbər verir ki, bu barədə İranın sosial media şəbəkəsində məlumatlar yayılıb.

Bildirilib ki, diplomat Cinnah bölgəsindəki nəqliyyat vasitələrinin karvanına raket hücumundan sonra həlak olub.

Hərbi gəmilərdən edildiyi iddia olunan raket hücumu nəticəsində İran səfiri ilə birgə 10 nəfərdən çox başqa şəxsin də öldürüldüyü vurğulanıb.

Qeyd olunub ki, hadisə ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Daşqın HəsənovMissiya.Az

Seçilən
26
7
missiya.az

8Mənbələr