AZ

Vaqif Cavadov U-20 millisinin məşqçisi təyin edildi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib.

AFFA-dan Trend-ə verilən məlumata görə, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Məlumat üçün bildirək ki, futbolçu karyerası ərzində ölkəmizdə "Qarabağ", "Bakı", "Keşlə" (hazırkı "Şamaxı"), "Xəzər Lənkəran", "Qəbələ", "Sumqayıt", AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda "Tvente", Rusiyada "Volqa", Türkiyədə "Qaziantep BB" və "Boluspor"un heyətində legioner həyatı yaşayıb.

O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.

2020-ci ildə məşqçiliyə başlayan Vaqif Cavadov "Sumqayıt"da və qısa müddət Qazaxıstanın "Turan" klubunda fəaliyyət göstərib.

Məşqçiliyə "Sumqayıt"ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra "Sumqayıt-2"də baş məşqçi kimi çalışıb.

O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında "Sumqayıt"ın əsas komandasının baş məşqçisi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
23
olaylar.az

10Mənbələr