AZ

“Bavariya” Fil Fodeni transfer etmək istəyir


Almaniya çempionu “Bavariya” “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Fodenlə maraqlanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Məlumata görə, Münhen klubu artıq oyunçunun nümayəndələri ilə danışıqlar aparır.
Digər tərəfdən, “Mançester Siti”nin Fodeni saxlamaq istədiyi və yeni müqavilə üçün danışıqlar apardığı bildirilir.
Onun klybla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Fil Foden “Mançester Siti” akademiyasının yetirməsidir. Bu mövsüm o, ingilis klubunda 41 oyunda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Seçilən
46
yeniavaz.com

1Mənbələr