AZ

Böyük Britaniyanın Baş naziri Trampın NATO-dan çıxmaq təhdidinə cavab verib

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaq təhdidinə münasibət bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. 

Starmer deyib: "NATO dünyanın indiyə qədər gördüyü ən təsirli hərbi ittifaqdır. O, bizə onilliklərdir ki, təhlükəsizlik təmin edib və biz NATO-ya tam sadiqik."

Baş nazir əlavə edib ki, özünə və digər milli liderlərə hər hansı təzyiq olsa da, o, "milli maraqları" birinci yerə qoyacaq və Britaniyanı müharibədən uzaq tutacaq.

Qeyd edək ki, Tramp "The Telegraph" qəzetinə verdiyi müsahibədə müttəfiqlərinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməməsindən sonra ABŞ-nin NATO-dan çıxmasını ciddi şəkildə düşündüyünü bildirib. ABŞ Prezidenti alyansı "kağız pələng" adlandırıb və alyansdan çıxma məsələsinin artıq "yenidən baxılma mövzusu olmadığını" vurğulayıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
58
4
missiya.az

10Mənbələr